Türkiyənin Karaman əyalətində fahişəliklə məşğul olan və əxlaqsız yuvalarının təşkilində günahlandırılan 5 qadın saxlanılıb. Bu qadınlardan biri şərti olaraq azadlığa buraxılıb, digər 4 nəfər isə deportasiya edilib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, gələn xəbərlə hərəkətə keçən polis Ayşə ləqəbli əsil adı Ülkər olan azərbaycanlı qadına zəng ediblər. Zəng edənlərin polis olduğunu anlamayan "Ayşə" 4 qadını da qeyd etdikləri  ünvana gətirib. Ayşənin dediyi ünvana gedən polislər hadisə anında onları həbs ediblər. Saxlanılanlar içərisində başqa azərbaycanlı və gürcüstanlılar da olub.

Həkim müayinəsindən keçən qadınlardan ikisində cinsi əlaqə yoluyla yoluxan xəstəliyin olduğu aşkarlanıb.

Polisə verdikləri izahatdan sonra qadınlar məhkəməyə sövq edilib. Daha sonra onlar sərbəst buraxılıb.