Nissan" şirkəti Rusiyada daha 106 mindən çox avtomobili geri çağırıb.

Unikal.org-un məlumatına görə, qərar avtomobillərdə sürücünün təhlükəsizlik yastığında qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2001-ci ilin fevralından 2012-ci ilin noyabrınadək satılmış "Almera", "Teana, "Pickup, "Tino, "Patrol, "Terrano II, "X-Trail modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Qeyd edək ki, "Nissan bir neçə gün əvvəl eyni qüsurla əlaqədar 130 minə yaxına avtomobili geri çağırmışdı.