Suriyada bu ölkənin"Sama" dövlət telekanalının operatoru Kərəm Kubeyşu terrorçular tərəfindən öldürülüb,kanalın müxbiri Abdel Qxani Carux isə yaralanıb.

Unikal.org-un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın "Sana" Milli agentliyi xəbər verir.

Telekanalın əməkdaşlarıSuriya ordusunun ölkənin İdlib əyalətinin cənubunda həyata keçirdiyi əməliyyatıyayımlayarkən terrorçu "Cəbhət ən-Nüsrə" qruplaşmasının atəşinə məruz qalıblar.

Yaralı müxbir Hamı şəhərinin dövlət xəstəxanasına çatdırılıb.