Kolumbiyanın gecə klubunda qumbara partladılıb. 

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, hadisə Kaukasiya şəhərində qeydə alınıb.

Məlumata görə, insident nəticəsində azı 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan 11-in vəziyyəti ağırdır.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən bir kişi və bir qadın saxlanılıb.