Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ad çəkmədən keçmiş prezident Abdullah Gül və sabiq parlament sədri Bülənt Arınçı müxalifətlə birlikdə hərəkət etməkdə günahlandırıb.

Unikal.org Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, R. T. Ərdoğan hərbi çevriliş cəhdləri və terrorun qarşısının alınmasında iştirak edən mülki şəxsləri cinayət məsuliyyətindən azad edən qanuni qüvvəyə malik qərarı (Kanun Hükmünde Kararname) tənqid edən A. Gül və B. Arınça cavbab verib.

R. T. Ərdoğan xatırladıb ki, 15 iyul 2016-cı ildə hərbi çevrilişə cəhd edənlərə müqavimət göstərmiş dövlət məmurlarının məsuliyyətdən azad edilməsi barədə çevriliş cəhdindən 2 həftə sonra qərar çıxarılıb: "İndi eyni qərarı çevrilişə müqavimət göstərmiş mülki vətəndaşlara da şamil etmək ehtiyacı yaranıb. Lakin nədənsə, bu qərarla bağlı böyük gurultu qopdu. Əslində böyük deyil, qəribə kampaniyalar başladıldı. Hətta içimizdən bəziləri də bu kampaniyaya qoşuldu. Kampaniyaya qatılan bu şəxslər 16 aprel referendumunda "hə deməyənlərdir. Biz mübarizə yoldaşı deyilikmi? Necə ola bilər ki, sizlər Bəy Kamalın qayığına minirsiniz? Bu düşmənçilik karvanına bizim mübarizə yoldaşlarımızın bir qismi necə qatılıb bəzilərini sevindirir? Yazıqlar olsun!.