Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Sankt Peterburqda "Perekryostok supermarketində partlayış törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Unikal.org-un  "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, şübhəli şəxs İstintaq Komitəsinə təhvil verilib. Müstəntiqlərin hazırda onu dindirdiyi bildirilir.

Saxlanılan şəxs barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Qeyd edək ki dekabrın 27-də törədilən partlayış nəticəsində 18 nəfər yaralanıb.