Bayram günləri bütün dayanacaqlar pulsuz olacaq. Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkənin paytaxtı Moskvada dekabrın 31-dən yanvarın 8-dək şəhərin park məkanı zonasında daxil olan istənilən dayanacaqda maşın saxlamaq pulsuz olacaq.

Bu barədə Moskva meri Sergey Sobyanin öz "Twitter" hesabında yazıb. O bununla da insanlara bayram hədiyyəsi etmək istəyib.