İranın Ali dini lideri Əli Xamenei haqqında yayılan şok iddia mətbuatın gündəmini zəbt edib. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, dini liderin Tehranı tərk etməsi barədə xəbərlər sosial şəbəkələrdə də sürətlə  yayılmaqdadır. 

Xameneinin etiraz aksiyalarının şiddətlənməsindən sonra Tehrandan qaçdığı deyilir. Rusiyalı ekspert Anatoli Nesmiyan da öz "facebook" səhifəsində bu informasiyanı paylaşıb. O, həmçinin, Qasım Süleymaninin artıq İrana qayıtdığını da qeyd edib:

"İranda etirazçılarla hələlik "Bəsic və İran İslam İnqilabı Keşikçiləri Korpusu üz-üzə gəlir. Artıq Qasım Süleymani də İrana gəlib. Ordu etirazçılara atəş açmaqdan imtina edir. Şayiələrə görə, Xamenei Tehranı tərk edib. Əgər hadisələr belə davam etsə, yaxın günlərdə tam şəkildə destabilizasiya yarana bilər, - deyə o bildirib.

Qeyd edək ki, İranda etiraz aksiyaları dekabrın 28-dən başlayıb. Etiraz aksiyaları zamanı bahalaşmaya, Suriyadakı müharibəyə etiraz edilib, Xameneinin istefaya getməsi istənilib. 20-dən çox şəhəri bürüyən aksiyalara Cənubi Azərbaycan şəhərləri də qoşulub.

SEPAH-ın məşhur generallarından olan Qasım Süleymanı daha çox xarici əməliyyatlarda iştirak edir. Qeyd edilir ki, Q.Süleymani şəxsi nüfuzuna görə xalqa və orduya təsir edə biləcəyi üçün təcili İrana qayıdıb.