Yunanıstanın paytaxtı Afinada gəlməkdə olan 2018-ci il münasibəti ilə çəkisi 2,5 kiloqram olan nəhəng tort bişirilib.

Unikal.org "Sinxua" agentliyinə istinadən xəbər verir ki, desert bütün arzu edənlərə pulsuz paylanıb.

Tortun uzunluğu 70, eni isə 3 metr təşkil edib.

Üç gün ərzində onun hazırlanması üzərində təqribən 40 aşpaz işləyib.