Kosta-Rikada təyyarənin qəzaya uğraması nəticəsində 10 ABŞ vətəndaşı və iki yerli pillot ölüb.

Unikal.org-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Kosta Rika prezidenti Luis Gilyermo Solid bildirib.

Prezident əlaqədar başsağlığı bildirərək, hadisənin Quanakasta yaşayış məntəqəsinin yaxınlığında baş verdiyini bildirib. Məlumata görə, "Nature Air" aviaşirkətinə məxsus TI-BEI tipli təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb, hadisə yerinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.