Xəbər verdiyimiz kimi, İranın bir çox şəhərində sosial-iqtisadi vəziyyətin çətinliyi ilə əlaqədar minlərlə insan aksiya keçirir.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki. polislə qarşıdurmalarda 12 nəfər ölüb.

Yaralıların sayı barədə məlumat verilməyib. 50-yə yaxın etirazçı isə həbs edilib.

Qeyd edək ki, aksiyalar artıq siyasi çalar almağa başlayıb. Hətta ABŞ başda olmaqlar digər ölkələr də aksiyalar barədə rəsmi münasibətlər bildiriblər.

Ölkə başçısı Həsən Ruhani isə etirazçılara səslənərək sabitliyi pozmamağa çağırıb. Həmçinin sosial vəziyyətin düzəldiləcəyinə söz verib.