İndoneziyanın Borneo adasının sahillərində qayıqın batması nəticəsində 8 nəfər ölüb.

Unikal.org Rusiya mtbuatına istinadən verdiyi məlumata görə, qayıqda  45 sərnişin olub. Onlarla insanın itkin düşdüyü bildirilir.

Yerli xilasetmə xidmətinin nümayəndəsinin sözlərinə görə, Anugrah Express qayığı suda olan ağacla toqquşaraq batıb.