Rusiyada 2018-ci ilin 1 yanvarından 5-ci dərəcəli avtomobil benzini və dizel yanacağının aksiz (çox işlənən malların üzərinə qoyulan vergi) payları bahalaşıb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, 5-ci dərəcəli benzinin payı 2017-ci illə müqayisədə 10,7% artıb və bir tonun qiyməti 11,213 min rubl təşkil edəcək.

Dizel yanacağı aksizinin payı 12,7% - 7,665 min rubla qədər bahalaşıb.

Yanacağın bu növlərinin pay artımının ikinci mərhələsi 2018-ci ilin 1 iyulunda nəzərdə tutulub.