Türkiyənin məşhur aktyoru Selim Erdoğan həbs olunub. Aktyora 6 il həbs cəzası verilib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2017- cilin aprel ayında polis aktyorun evinə basqın həyata keçirib. Basqın zamanı mənzildən 840 qram narkotik aşkarlanıb. Aktyorun əməlləri bununla bitməyib. Belə ki, S.Erdoğan evin həyətində narkotik yetişdirib. O həmin vaxt polis tərəfindən saxlanılıb.

Artıq Muğla 1-ci cəza məhkəməsində keçirilən istintaq başa çatıb. Aktyora 6 il 7 ay 20 gün həbs cəzasına məhkum edilib.