İranda dekabrın 28-dən başlayan etiraz aksiyası ilə bağlı ölənlərin sayının 21 nəfərə çatdığı bildirilir.

Unikal.org xəbər verir ki, iğtişaşlarla bağlı İranın ali dini lideri Ayətullah Əli Xameneyi açıqlama verib. O deyib k, düşmənlərimiz ölkəmdə aksiya törətdilər və hazırda isə İranı müharibəyə məcbur edirlər. Son günlərdə, İslam Respublikasını çətin vəziyyətə salamaq üçün düşmənlərimiz, pul, silah, siyasi agentləri vasitəsilə ölkəmizdə qarışıqlıq yaratmaya cəh edirlər. Amma düşmənlərimiz onu bilməlidirlər ki, onlar istəklərinə çata bilməyəcəklər".

İranın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Hüseyn Zülfüqari bildirib ki, iğtişaş baş verdiyi ərazilərində vəziyyət normallaşıb, ən qısa zamanda iğtişaş dalğası sona çatacaq.

Onun sözlərinə görə, ictimai mülkiyyətə və hərbi obyektlərə ziyan vurulmayana qədər polis və təhlükəsizlik qüvvələri maksimum tolerantliq nümayiş etdiriblər. "Bununla belə, zorakılıq tətbiq etmək istəyən təxribatçılara qarşı təhlükəsizlik orqanlarının əməkdaşları qətiyyətlə qarşı çıxıblar. İran xalqı nə baş verdiyini yaxşı başa düşür, ictimai asayişi pozanlardan uzaqlaşır və təhlükəsizliyin bərpa edilməsi üçün hakimiyyətlə əməkdaşlıq edir. Hazırda ölkənin əsas rayonlarında vəziyyət sabitdir. Bəzi yerlərdəki iğtişaşlar insanların və təhlükəsizlik qüvvələrinin səyi ilə qısa zamanda sona çatacaq".

İran hökumətinin sözçüsü Məhəmməd Baker Novaxt bu gün keçirdiyi mətbuat konfransında bəyan edib ki, ölkə Konstitusiyasında ictimai təhlükəsizliyə xələl gətirməyən etirazlar və iğtişaşlar məsələsi dəqiq müəyyən edilib. O əlavə edib ki, hakimiyyət insanların qanuni çərçivədə etiraz hüququna hörmətlə yanaşır. "Bununla belə, hətta qanunsuzluqlara qarşı qanun çərçivəsində mübarizə aparılmalıdır", - deyə M.Novaxt vurğulayıb.