Azərbaycanlı iş adamı I.G, polisə müraciət edərək, 2 həmyerlisi tərəfindən hədələndiyi barədə polisə müraciət edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2 Azərbaycanlı I.G-ni "Glock" markalı tapançayla təhdid edərək "Mercedes" otomobili ve 27 min dolar dəyərində 2 qol saatını əlindən alıblar.

Onlar I.G-dən mülklərini geri alınması üçün 40 min dolar tələb ediblər.

Belə ki, I.G onlara pulu verəcəyini və bunun üçün AVM-da görüş keçirməsini istəyib. Tərəflər onunla razılaşaraq AVM gəlib pulu götürən yerdə polis tərəfindən həbs olunublar.

Polis, I.G-ni hədələyən adamları belə yaxalayıb.