Bu gün Bakı vaxtı ilə saat 13:54-də Kabarda-Balkar Respublikası üzrə Rusiya FHN idarəsi Elbrus dağında Pastuxov qayaları rayonunda alpinistin 4900 metr hündürlükdən yıxılması barədə məıumat alıb.

Unikal.org "Russia Todayə istinadən xəbər verir ki, yıxılan alpinist Həştərxan şəhərinin sakinidir.

Hadisə yerinə 6 nəfərdən ibarət xilasedicilər qrupu göndərilib. Yıxılmış alpinistin taleyi barədə məlumat yoxdur.