Suriyanın İdlib şəhərində ardıcıl dörd partlayış baş verib.

Unikal.org-un "Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, minalanmış avtomobillərin partladılması nəticəsində 30 nəfər ölüb, 70 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Partlayış zamanı ətrafdakı binalara ziyan dəyib.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.