Avstraliya meteorologiya xidməti Sidneydə 47 dərəcə isti qeydə alıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  bu göstərici son 80 ilin ən yüksək göstəricisidir.

Məlumata əsasən, sonuncu dəfə belə yüksək hava temperaturu Sidneydə 1939-cu ildə qeydə alınıb.

"ABC" telekanalı bildirir ki, havanın isti olması nəticəsində bir neçə nəfər xəstəxanaya yerləşdirilib.