Dünya birjalarında neft bahalaşıb.

Unikal.org xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar və ya 0,24% artaraq 61,59 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,12 dollar və ya 0,18% artaraq 67,74 dollar olub.