Rusiya hazırda prosesləri çox sərt şəkildə idarə edir.
 
Unikal.org xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. O bildirib ki, Moskvanın əsas məqsədi hər vəchlə öz siyasi tələbini Azərbaycana və Ermənistana qəbul etdirməkdir:
 
"Qarabağla bağlı hazırkı gedişat, ermənilərin mülki əhalini və evləri dayanmadan vurması göstərir ki, Azərbaycan tərəfi bundan sonra əks zərbələr endirməyə məcburdur. Lakin genişmiqyaslı hərbi əməliyyatların başlamayacağını düşünmürəm. Eyni zamanda, Rusiyanın tələbini də qəbul etmək niyyətində deyilik. O ki qaldı Ermənistana, Sərkisyan müstəqil siyasət yürütməyə qadir deyil. Sərkisyan nə qədər ki, Rusiyanın diktəsindən kənara çıxmır, o, hakimiyyətdə qalacaq. Kremlin hər hansı bir əmrini yerinə yetirməkdən imtina edəcəyi təqdirdə isə Moskva həmin an onu kənarlaşdıracaq".