Bakı-Qazax magistralında 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
 
Lent.az-ın məlumatına görə, yolun 197-ci kilometrliyində, Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində "Nissan Pathfineder" markalı minik avtomobili yolun kənarında dayanmış yük maşınına çırpılıb. Nəticədə sürücü və sərnişini olan 3 ailə üzvü müxtəlif dərəcəli xəsarətlər alıb.
 
Faktla bağlı araşdırma aparılır.