İran parlamentində deputat mandatı qazananların sayı ilk dəfə din xadimdərindən çox olub.

290 yerin olduğu parlamentdə ikinci turdan sonra rekord sayda -1 7 qadın deputat mandatı qazanıb.

Bununla da qadınların sayı parlamentdəki din xadimlərinin ümumi sayından 1 nəfər çox olub. İran İslam inqilabından sonra 1979-cu ildə parlamentdə 164 din xadimi olub.

Qeyd edək ki, parlament seçkilərinin ikinci turunda prezident Həsən Ruhaninin tərəfdarları olan islahatçılar 68 yerdən 38-ni qazanıblar. Mühafizəkarlar 18 yerlə kifayətlənməli olublar. Müstəqil namizədlər isə 12 deputat mandatı qazanıblar. Seçkilərin ümumi nəticəsinə əsasən H. Ruhaninin tərəfdarlarına parlamentdə mütləq çoxluğa nail olmaq üçün 3 mandat çatışmayıb. Bununla belə, 290 yerlik parlamentdə 143 mandat qazanan islahatçılar parlamentdə Ən böyük fraksiyadır.

İslahatçılar keçən il dünya dövlətlər ilə əldə edilən nüvə razılaşmasını dəstəkləyirlər. Bu razılaşmadan sonra beynəlxalq sanksiyaların ləğvi mümkün olub. İslahatçıların parlament seçkilərində uğuru H. Ruhaninin gələn il keçiriləcək prezident seçkilərində şansını artırır(apa).