Madaqaskarın şərqində baş verən güclü qasırğa nəticəsində 29 nəfər həyatını itirib.

Unikal.org-un Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət zamanı 3 nəfər yaralanıb, 2 nəfər itkin düşüb.

Ava tropik qasırğası Madaqaskar üzərindən şənbə və bazar günləri keçib. Küləyin surəti bəzi ərazilərdə saatda 140-190 km təşkil edib. Minlərlə insanın evsiz qaldığı bildirilir.