Əlcəzairin Ayn-Sefa şəhərinin sakinləri qeyri-adi təbiət hadisəsinin şahidi olublar - dünyanın Afrikanın şimalında yerləşən ikinci ən böyük səhrası olan Böyük Səhraya ikinci il ardarda qar yağıb.

Unikal.org-un məlumatına görə, bəzi yerlərdə qarın hündürlüyü 40 santimetrə çatıb. Bununla yanaşı günün sonunda qar əriməyə başlayıb.

Qışda Əlcəzairin bu şəhərində temperatur 0 dərəcəyə düşür və ötən il yerli sakinlər artıq qar görməyə macal tapıblar. Ondan əvvəl isə bu yerlərə qar 1979-cü ildə yağıb.