Şimali Koreya Sarı dənizdə insidentlərin qarşısının alınması məqsədilə Cənubi Koreya hərbçiləri ilə təcili əlaqə xəttini bərpa etməyə razılıq verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreya tərəfi bu barədə qonşu ölkəni hökumətlərarası danışıqlar zamanı məlumatlandırıb.

Cənub Koreya artıq KXDR ilə qərb sahillərində rabitəni yoxlayıb. Bu kanal iki ölkə arasında münasibətlərin kəskin pisləşməsindən sonra bağlanmışdı. Xəbər verilir ki, artıq Koreya yarımadasındakı rabitənin bərpası üçün yalnız texniki məsələlərin həlli qalıb.