Bu gün İraqın cənubunda yerləşən Əs-Səməva şəhərində baş verən iki partlayış nəticəsində ən azı 33 nəfər həyatını itirib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, bu barədə "Franc Press" məlumat yayıb.
Məlumata görə, şəhərdə iki minalanmış avtomobil partladılıb. Onlardan biri bələdiyyə şurası binasının qarşısında, digəri isə avtobus dayanacağı yaxınlığında dayanmış olub.
Hələ ki, heç bir terror təşkilatı partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.