Pakistanın Kvetta şəhərində terrorçu kamikadzenin törətdiyi partlayış zamanı 7 nəfər ölüb.

Unikal.org-un comments.ua-a istinadən verdiyi məlumata görə, partlayış zamanı həmçinin 23 nəfər xəsarət alıb.

Yaralıların bir çoxununvəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna olunmur.

Məlumata görə, hücumun hədəfi şəhərin inzibati binalarının yerləşdiyi, mühafizə olunan kvartalda yerləşən polisin yük avtomobili olub.

Partlayıcı qurğu yük avtomobilinə yaxınlaşan terrorçu kamikadze tərəfindən işə salınıb.