Türkiyədə maraqlı hadisə baş verib. Van şəhərində həkimlərin "ayağın kəsiləcək dediyi xəstə sağalıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vanın Bahçesaray bölgəsində yaşayan 45 yaşlı Mehmet Yenice türkəçarə vasitəsi ilə ayağa qalxıb. Sözügedən xəstəyə türkiyəli həkimlər 2008-ci ildə soyuq vurması nəticəsində xəstələnən şəxsə ayağının kəsilməsinin vacib olduğunu deyib.

Amma o ümidini itirməyib, müxtəlif yollara baş vurub. Nəhayyət o türkəçarə ilə məşğul olan azərbaycan əsilli Süleyman Moeinzadfarruxzad ilə tanış olub. Mehmet Yenicənin dediyinə görə, Cənubi azərbaycanlı Süleyman həkim onu 3 ay ərzində sağaldıb:

"2008-ci ildə sol ayağımda narahatlıq meydana gəldi. Bir çox həkimə getdim. Həkimlər qanımda laxtalanma olduğunu və burada heç bir şey edə bilmədiklərini söylədilər. Mən də dostum vasitəsiylə Süleyman həkimin yanına gəldim. Burada 3 ay ərzində gördüyüm müalicə sayəsində gəzə bilirəm. Mənim ağrılarım bitdi və ayağımdakı göynəmələr keçdi. Hazırda çox yaxşıyam. Müalicədən əvvəl dəyənəklərlə gəzə bilirdim, amma indi dəyənəkləri atmışam. Heç kimə ehtiyac olmadan gəzə bilirəm. Mənim vəziyyətimdə olan hər kəsə bura gəlməyi tövsiyə edirəm"