Fransada tüğyan edən "Eleanor" qasırğası insan tələfatı və dağıntılara yol açıb. 

Unikal.org-un məlumatına görə, qasırğa nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb.

Yuxarı Marna rayonu Departamentinin rəsmi "Twitter" səhifəsində qasırğanın yeddinci qurbanının meyitinin Ruvr-Syur-Ob yaşayış məntəqəsində tapıldığı bildirilir.

Qeyd edək ki, artıq bir neçə gündür Fransa ərazisində davam edən qasırğa güclü yağışlarla müşayiət olunur. Leysan yağışları nəticəsində son günlər Sena çayında suyun səviyyəsi 3 metr artıb ki, bununla əlaqədar Parisdə daşqınlar olması barədə xəbərdarlıq edilib.

"Eleanor" qasırğasının Fransaya vurduğu ziyan 200 milyon avro dəyərində hesablanıb.