ABŞ-da qəribə hadisə baş verib. 23 yaşlı Bailey Gibson adlı qız sevgilisi tərəfindən xəyanətə uğrayıb. O da intiqam almaq üçün bəkarətini satışa çıxarmaq qərarına gəlib.

Unikal.org-un xarici mətbuata istinadən verdiyi məlumata görə, Gibson Nevadada yerləşən dünyaca məşhur "Moonlite Bunny Ranch adlı qanuni fahişəxanada auksiona çıxaracağını deyib.

Gibson dindar ailə tərəfindən övladlığa götürülüb. O olduqca qatı bir dini təhsildən keçib. Dindar bir qız kimi böyüyən Gibson elə cinsi münasibətlərdən, bu mövzulardan tamamı ilə uzaqdır. O ilk sevgilisi ilə tanış olduğunda da bu vəziyyəti onunla bölüşüb. Bildirib ki, evlənənə qədər cinsi münasibətdə olmaq istəmir. Özü kimi dindar olan sevgilisi də xanımın bu istəyini normal qarşılayıb və sevgili olmağa davam ediblər. Ancaq Gibson sonradan sevgilisinin ona xəyanət etdiyi və keçmiş sevgilisi ilə bərabər olduğunu öyrənib.

Elə həmin gündən Gibsonun həyatı da dəyişib. O intiqam almaq üçün bəkarətini auksiona çıxarıb. O ən yüksək təklifi verən kişi ilə bərabər olacağını deyib. O bu addımı ilə bağlı belə açıqlama verib:

"Bakirəliyimi ən gəlirli şəkildə itirmək istəyirəm.