Bakıda qadının çantasından pulqabı oğurlamaqda şübhəli bilinən Sevda Qənbərova saxlanılıb.

Unikal.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən yanvarın 12-də C.Naxçıvanski küçəsində yerləşən bazarda Bakı şəhər sakini S.Babayevanın çantasından içərisində 139 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Sevda Qənbərova saxlanılıb.