Ağdamda reklam lövhələrini oğurlayan qrupun üzvləri saxlanılıb.

Unika.org apa-ya istinadən xəbər verir ki, saxlanılan şəxslər Ağdam, Bərdə, Yevlax rayonlarından dayanacaqlarda quraşdırılan çərçivəsi alüminium olan reklam lövhələri oğurlayıb.

"Azərsu təmsilçisi Zamiq Atakişiyevin verdiyi məlumata görə, ümumilikdə 3 rayondan 15-ə qədər reklam lövhələri oğurlanıb.

Faktla bağlı Ağdam Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.