Lənkərandə evə basqın edilib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Liman şəhərində, "Xutor" adlı yaşayış massivində baş verib.

Belə ki, naməlum şəxs 50 yaşlı Həsənov Nəcəfqulu Şükür oğlunun yaşadığı evə basqın edərək ona xəsarətlər yetirib. Yatmış ev sahibinə hücum edən cinayətkar ona kəsici alətlə başından və qol nahiyəsindən zərbələr endirib.

Xəsarət almış N. Həsənov kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya çatdırılıb.