2020-ci ildə keçiriləcək UEFA Superkubokuna 9 ölkə ev sahibliyi etmək üçün nazmiədliyini irəli sürür.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Superkuboku keçirmək üçün ərizə qəbulu ötən il dekabrın 8-dən başlayıb. Qaydalara görə, AÇ-2020-yə ev sahibliyi edəcək ölkələr Superkubok oyununu keçirə bilməz.

Hələlik UEFA-ya 9 ölkə - Albaniya (Tirana), Belarus (Minsk), Finlandiya (Helsinki), Fransa (Nitsa), İsrail (Hayfa), Qazaxıstan (Alma-Ata), Moldova (Kişinyov), Şimali İrlandiya (Belfast) və Portuqaliya (Portu) ərizə ilə müraciət edib.

Ərizələrin qəbulu ilə bağlı son gün martın 28-də bitir.

Onu da bildirək ki, Superkubokun keçiriləcəyi ölkə bu ilin mayında müəyyənləşəcək.