Futbol matçı qəzaya görə  yarımçıq dayandırılıb. Söhbət Portuqaliya Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən "Eştoril - "Portu oyunundan gedir. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb, matçın keçirildiyi arenada qonaq azarkeşlərin oturduğu tribunada qəzalı vəziyyətin yaranması olub. Belə ki, qarşılaşmanın fasiləsində yeni inşa edilmiş tribunada çatın olduğu aşkarlanıb. Tribunada əyləşənləri düşünrək səlahiyyətli şəxlər oyunun dayandığını elan ediblər. 

Əvvəlcə "Portu azarkeşləri meydançaya çıxarılıb, uzun fasilədən sonra isə matç təxirə salınıb.