"Neftçi heyətinə yeni futbolçu cəlb edib. Unikal.org xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi Fransisko Xavier Qarsia ilə bir illik müqavilə bağlanıb.

Bildirək ki, dünyaca məşhur "transfermarkt saytında "Neftçinin yeni transferinin ən yüksək qiyməti 450 min avro dəyərində göstərilib. Ancaq paraqvaylı futbolçunun "Serro Portenyo klubundan "Neftçiyə keçidi üçün nə qədər pul ödənməsi barədə məlumat yoxdur.

Bir zamanların premyer liqa çempionu son dönəmlər qalmaqallardan və uğursuzluq zolağında can qurtara bilmir.

Aldığımıa məlumata görə, "Neftçi klubu bir neçə aydır ki, futbolçuları maaş üzünə həsrət qoyub. Klubun üzvlərindən birinin Unikal.org-a verdiyi məlumata görə, səsini çıxarıb, haqqını tələb edən zaman cüzi miqdarda ödəniş edilir. Bu zamanda bu məsələnin həmin etiraz edən oyunçu ilə klub rəhbərliyinin "sirri kimi saxlanılması, digər şəxlərə bildirməməsini də tələb olunur.

Digər məlumatda isə bildirilir ki, futbolçuların maaşlarında da azalma olub.

Qeyd edək ki, 26 yaşlı futbolçu bunadək Paraqvayın "Serro Portenyo, "İndependiente, "Sportivo Lukeno, "Deportivo Kapiata, "Nasional və Kolumbiyanın "Atletiko Huila klublarında çıxış edib.

Xatırladaq ki, bu, "Neftçi"nin qış fasiləsində ilk legioner transferidir. Komanda bunadəkyerli oyunçular - qapıçı Aqil Məmmədovla müdafiəçi İlkin Qırıtmovu heyətinə cəlb edib.

Aygün İlqarqızı