"Barselona müqavilə yeniləyib. Klub müdafiəçisi Jerar Pike ilə yeni müqavilə bağlayıb.

Unikal.org xəbər verir ki, 30 yaşlı futbolçuyla müqavilə müddəti 2022-ci ilin yayına kimi atırılıb. Bu barədə məlumatı Kataloniya klubunun mətbuat xidməti yayıb. Pikenin transfer qiyməti isə 500 milyon avro olaraq müəyyən edilib.

Xatırladaq ki, müdafiəçi "Barsanın yetirməsidi. 2004-cü ildə klubdan ayrılaraq "Mançester Yunaytedə yollanan Pike, bir mövsümdə icarə əsasında "Saraqosada da çıxış edib. İspaniya millisinin də üzvü olan müdafiəçi, 2008-ci ildə doğma klubuna qayıdıb.