FİFA "Çelsi ilə bağlı ciddi araşdırmalara başlayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "Çelsi futbolçu transferi zamanı qayda pozuntularına yol verməkdə ittiham olunur. Məlumata görə, söhbət, 18 yaşa qədər olan 25 futbolçunun transferindən gedir.

Bəzi məlumatlara görə, futbolçuların sayı 25-dən də yuxarı ola bilər. London klubu ittihamları qəbul etmir. FİFA hər hansı qayda pozuntusu aşkar etsə, "Çelsiyə yeni futbolçuların transferi ilə bağlı qadağa tətbiq olunacaq.

FİFA əvvəllər "Barselona, "Real və "Atletikonu bu qayda pozuntusuna görə cəzalandırıb.