Türkiyənin tanınmış futbol mütəxəssisi Ertoğrul Sağlamın "Traktorsazi klubuyla razılığa gəlib. O yeni klubla müqavilə bağlamaq üçün dünən axşam Təbrizə yollanib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən gecə Təbrizə çatan 48 yaşlı məşqçi, hava limanında iki minə yaxın "Traktorsazi azarkeşi tərəfindən coşquyla qarşılanıb.

Bu gün isə klub rəhbərliyi yeni məşqçini məscidə aparıb. Türkiyəli mütəxəssis şəhər əhalisi ilə birlikdə cümə namazı qılıb.