"Seçkilərə hazırlıq əvvəlki illərdə olduğu kimi, yanvar ayından başlayıb. Seçici siyahılarını dəqiqləşdirməklə məşğuluq.

Unikal.org-un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə bildirib. 

MSK sədri güman edib ki, dəqiqləşdirmələr fevralın 5-dək məntəqə səviyyəsində başa çatacaq. 

"Məntəqələrdən seçici siyahıları ilə bağlı yığılan məlumatlar dairələrə çatdırılacaq. Dairələrdə müzakirə olunandan sonra MSK-ya məlumatlar göndəriləcək. May ayının axırına qədər bu prosesə yekun vurulacaq və siyahılar rəsmi sənəd kimi təsdiq ediləcək".

M. Pənahov siyasi partiyaların illik hesabatlarını MSK-ya göndərməyə başladıqlarını da söyləyib: 

"Artıq hesabatları göndərməyə başlayıblar. Biz çalışırıq bunu qaydaya salaq, ənənə yaransın, siyasi partiyaların bu məsələyə münasibətləri beynəlxalq standartlara uyğunlaşdırılsın. Eyni zamanda, bu gün mövqeyimiz ondan ibarətdir ki, kəskin münasibət göstərmək də düzgün deyil. Bir az iş getməlidir. Keçən ilə baxanda bu il müsbət dəyişikliklər var, siyasi partiyalar bu məsələyə ciddi yanaşırlar.