Xəbər verdiyimiz kimi, Bakıda yaşayış binasında yanğın başlayıb. Hadisə "Azneft" meydanı yaxınlığında beşmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə yerində olan əməkdaşının məlumatına görə, güclü külək səbəbindən yanğının ətrafdakı binalara keçmək ehtimalı var.

Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir. Binada yaşayan sakinlər təxliyyə olunub.