"Qida Təhlükəsizliyi Agentliyi artıq formalaşır, lazımi texniki-təşkilatı işlər görülməkdədir.

Unikal.org-un məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib.

Ə. Əhmədov bildirib ki, agentlik yaxın aylarda fəaliyyətə başlayacaq və bir neçə dövlət qurumu tərəfindən icra olunan funksiyaları həyata keçirəcək.: "Bəzi funksiyalar ki, əvvəllər bir sıra dövlət qurumları və nazirliklərdə icra olunurdu, həmin funksiyalar Qida Təhlükəsizliyi Agentliyinə verilir və hesab edirəm ki, agentlik bir neçə ay ərzində fəaliyyətə başlayacaq.