Gecə saatlarında Yevlax rayonunun Gülövşə kəndində bıçaqlanma hadisəsi baş verib.

Unikal.org "Reporta istinadən xəbər verir ki, yerli sakin mübahisə zəminində öz həmkəndlisinə 17 bıçaq zərbəsi vurub.

Adı hələ ki, məlum olmayan yaralı xəstəxanaya çatdırılaraq təcili əməliyyat olunub. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.