Goranboy rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un "Report"a istinadən məlumatına görə, hadisə rayonun Borsunlu kənd yolunda qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını yük avtomobilinə çırpılıb. Nəticədə bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.