"Real"ın superulduzu Kristianu Ronaldo ciddi zədə alıb.

Unikal.org fanat.az-a istinadən bildirir ki, "Deportivo" ilə oyunda portuqliyalı ulduz qanlar içində yerdə qalıb. "Depor"u böyük hesabla məğlub etdikləri matçın 84-cü dəqiqəsində komandasının 6-cı, özünün isə ikinci qolunu vurarkən üzünə zərbə dəyib.

Qanlar içində yerdə qalan futbolçu həkimlərin ilkin müdaxiləsindən sonra "Real"ın əvəzləmə limiti qalmamasına rəğmən matçı sona qədər tamamlaya bilməyib. Nəticədə Ronaldonun paltardəyişmə otağına yollanmasından sonra madridlilər 90 dəqiqəni azlıqda tamamlamalı olub.