Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi forumu başlayır.

Unikal.org-un məlumatına görə, 48-ci dəfə keçirilən ənənəvi Davos forumu bu dəfə "Parçalanmış dünyada birgə gələcəyin yaradılması" adı altında baş tutacaq. Azərbaycan prezidenti İlham Əliyev foruma qatılacaq. Prezident İlham Əliyevin "Strateji perspektivlər: Avrasiya panelindəki müzakirələrdə çıxışı nəzərdə tutulub.