Mikayıl Cabbarov artıq 4 aydır ki, Azərbaycan Qılıncoynatma Federasiyasında Nazim İbrahimovu əvəzləyib. Sentyabr ayının 20-də keçirilən növbədənkənar hesabat-seçki konfransında vergilər naziri quruma prezident seçilib.

Amma maraqlıdır ki, Gənclər və İdman Nazirliyi hələ də Nazim İbrahimovu federasiya prezidenti kimi görürür.

Unikal.org-un məlumatına görə, GİN-in rəsmi saytının (http://www.mys.gov.az) partnyorlar bölməsində Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti olaraq Mikayıl Cabbarov deyil, Nazim İbrahimov qeyd edilib.

Təyinatın üzərindən 4 ay keçməsinə baxmayaraq saytda bu barədə heç bir dəyişiklik edilməyib.

Aygün İlqarqızı