Dövlət xəstəxanaların birində qəribə olay yaşanıb. Hadisə Türkiyənin Kocaeli əyalətində baş verib. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kocaeli dövlət xəstəxanasının işçiləri reanimasiyadakı xəstələrin qarşısında mahnı oxuyub musiqiylə rəqs ediblər. Bundan sonra həmin tibb işçiləri barəsində araşdırmaya başlayıblar.

Onların bu görüntüləri sosial şəbkədə paylaşılıb. Kocaeli bölgə səhiyyə müdiri Şenol Ergüney reanimasiyada baş verənlərin qəbul edilməz olduğunu və həmin işçilər haqqında araşdırmaya başlanıldığını deyib.

Daha sonra bölgə səhiyə rəhbərinin bildirdirib ki, həmin hadisə ilə bağlı xəstəxana baş həkimi ilə əlaqə saxlayıb:

"Bəlli olub ki, həmin hadisə 2 il öncə baş verib. Baş həkim o işçilərin yerinə yeni təyinatın olduğunu da deyib. Bun baxmayaraq bu hadisənin tibb ocağında baş verməsi yol verilməzdir, bu səbəbdən də araşdırmamızı davam etdiririk.