Azərbaycan Ağır Atletika Federasiyasında növbəti dopinq qalmaqalı baş verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, milli komandanın üzvü Rövşən Fətullayev sonuncu respublika çempionatından sonra dopinqdə ilişib. Azərbaycan Milli Antidopinq Agentliyi tərəfindən R.Fətullayev test edilib. İdmançının testi Dünya Anti-Dopinq Agentliyinə (WADA) göndərilib. Artıq beynəlxalq qurum federasiyaya rəsmi məktub ünvanlayıb və testin müsbət olduğunu təsdiqləyib. 

Saytımıza verilən məlumatda o da bildirilir ki, məktubu alan Azərbaycan Ağır Atletika Federasiyası bu gün Rövşən Fətullayevi millinin təlim-məşq toplantısından qovub.

Aygün İlqarqızı